IRS haqqında
Biz kimik
Azərbaycan Tələbə Assosiasiyası – Belçika (IRS) Belçikada təhsil alan və yaşayan azərbaycanlı tələbələri bir araya gətirən tələbə təşkilatıdır. IRS-in əsas məqsədi tələbələr arasında birlik və əməkdaşlığı gücləndirmək, onların Belçikadakı tələbə həyatına uyğunlaşmasına dəstək olmaq, mədəni və sosial əlaqələri inkişaf etdirmək və Azərbaycanı beynəlxalq tələbə mühitində tanıtmaqdır.
Assosiasiya tələbələr üçün mədəni, sosial, akademik və networking tədbirləri təşkil edir, müxtəlif tələbə təşkilatları və universitetlərlə əməkdaşlıq edir və azərbaycanlı tələbələr üçün yeni imkanlar yaratmağa çalışır.

Nə üçün varıq
Missiyamız
Missiyamız Belçikadakı azərbaycanlı tələbələri bir araya gətirmək, onların sosial, akademik və peşəkar inkişafına dəstək olmaq, Azərbaycan mədəniyyətini tanıtmaq və tələbələr arasında yerli və beynəlxalq əməkdaşlıq imkanları yaratmaqdır.

Bizə qoşulun
IRS-ə qoşul
Belçikaya yeni gəlmisiniz, yoxsa illərdir buradasınız? Fərqi yoxdur: süfrədə yeriniz, armudu stəkanda çayınız hazırdır.
Üzv ol