Nə edirik

Başımız nələrə qarışıb

Bəzisi ciddidir, bəzisi plovdur. Hamısını tələbələr tələbələr üçün təşkil edir.

Stendə düzülmüş armudu stəkanlar, «Bakı» yazılı kiçik xalça və IRS jurnalları

Mədəni tədbirlər

Azərbaycan musiqisinin, geyimlərinin və adət-ənənələrinin ön planda olduğu axşamlar və stendlər.

Sosial axşamda Azərbaycan bayrağı önündə gülümsəyən böyük tələbə qrupu

Sosial tədbirlər

Yeni gələnlərin tez bir zamanda özünü doğma hiss etdiyi şam yeməkləri və görüşlər.

Tələbə networkinqi

Belçika universitetlərinin tələbələri və xaricdəki Azərbaycan tələbə təşkilatları ilə tanışlıq.

Akademik tədbirlər

Birgə dərs hazırlığı, mühazirələr və sizdən bir neçə kurs yuxarıda oxuyanların məsləhətləri.

Karyera və peşəkar inkişaf

CV hazırlığı, təcrübə proqramları barədə məsləhətlər və artıq işləyən məzunlarla söhbətlər.

Seminarlar və vörkşoplar

Üzvlərimizin özlərinin təklif etdiyi mövzularda praktiki sessiyalar.

Dil fəaliyyətləri və dəstək

Niderland, fransız və ingilis dillərində praktika, üstəlik sənədləşmə işlərində kömək.

İdman

Futbol, voleybol və bizi kitabxanadan çıxaran hər şey.

Şahmat

Yeni başlayanlardan təcrübəli oyunçulara qədər hər kəs üçün dostluq oyunları və kiçik turnirlər.

Milli və bayram tədbirləri

Novruz, Müstəqillik Günü və evdən uzaqda başqa cür hiss olunan bayramlar.

Tələbələr IRS stendində şəkərbura, qutab və dolma dadır

Azərbaycan mətbəxi və kulinariya tədbirləri

Birlikdə bişirilən və hamı ilə bölüşülən plov, dolma, qutab və paxlava.

Oyunlar və sosial fəaliyyətlər

Stolüstü oyunlar, viktorinalar və planlaşdırıldığından uzun çəkən mafiya gecələri.

Digər tələbə təşəbbüsləri

Öz planınız var? Üzvlərimizin ideyalarını tədbirə çevirməsinə kömək edirik.

Bizə qoşulun

IRS-ə qoşul

Belçikaya yeni gəlmisiniz, yoxsa illərdir buradasınız? Fərqi yoxdur: süfrədə yeriniz, armudu stəkanda çayınız hazırdır.

Üzv ol